Sabirabadda ailə faciəsi - Ana və iki oğlu yanaraq öldü

09:38 03.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüb.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

Bunlar Sabirabad rayonunun Zəngənə kənd sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, oğlanları 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğludur.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.